“Tramp bu müharibənin bitməsini istəyir” – Marko Rubio
Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “SiriusXMPatriot” radiosuna müsahibəsində deyib.
“Prezident Tramp dəqiq şəkildə bildirdi ki, Ukraynada müharibə bitməlidir. O, irəliyə doğru geniş yol salmağa başlamağa hazırlaşır və bu müharibənin bitməsini istəyir”, - deyə dövlət katibi vurğulyıb.
Ruvio qeyd edib ki, müharibənin dayandırılması hər kəsin maraqlarına uyğun olacaq: “Görünür, biz bunu xarici işlər nazirləri və digər liderlərlə müzakirə edəcəyik”.
Xatirə SADİQ