Rusiya səfirinə 9 May tədbirlərinə qatılmaq qadağan olundu – Almaniyada
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev II Dünya müharibəsinin başa çatması ilə əlaqədar mərasimlərə dəvətsiz qatılacağı təqdirdə ölkədən çıxarılacaq.
SAVASHMEDİA.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Brandenburqdakı “Seelow Heights” memorialının direktoru Aksel Drekol deyib.
Onun sözlərinə görə, səfirə bayram şənlikləri şərəfinə abidəni ziyarət etməsi qadağan olunub.
Əgər səfir gəlsə, o, təhlükəsizlik qüvvələri ilə üzləşməli olacaq.
Belə sərt bəyanatın verilməsinə səbəb Neçayevin “bizim sovet xilaskarlarının xatirəsini yad etmək üçün xüsusi dəvətə ehtiyacımız yoxdur” açıqlaması olub.
Qeyd edək ki, “Seelow Heights” memorialında tədbirlər mayın 4-də keçiriləcək.
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra Almaniya Xarici İşlər Nazirliyi bütün təşkilatçılara Rusiya və Belarus nümayəndələrinin II Dünya müharibəsinin ildönümü ilə bağlı mərasimlərdə iştirakına icazə verməməyi tövsiyə edib.
Xatirə SADİQ