“Gürcüstana səfəri Viktor Orbanın şəxsi təşəbbüsüdür” – Aİ

Avropa İttifaqında (Aİ) Macarıstanın baş naziri Viktor Orbanın Gürcüstana getmək niyyətini şəxsi təşəbbüs kimi qiymətləndirilib.

Oct 28, 2024 - 12:34
Oct 28, 2024 - 13:26
“Gürcüstana səfəri Viktor Orbanın şəxsi təşəbbüsüdür” – Aİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı diplomat “Politico”ya şərhində danışıb. 

Nəşrin həmsöhbətinin fikrincə, Macarıstan baş nazirinin Gürcüstana səfəri yalnız milli miqyasda səyahəti və Şuranın sədri kimi Aİ adından xarici dünya qarşısında açıq şəkildə danışmayan Orbanın növbəti solo cəhdi kimi başa düşülməlidir.

O, əlavə edib ki, əgər Orban səfər zamanı Aİ-ni təmsil etdiyini desəydi, bu, “fırıldaq və abırsız yalan olardı”.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs “X” səhifəsində yazıb ki, baş nazirin rəsmi səfəri Gürcüstanın xahişi ilə təşkil olunub.

Orbanı səfərdə Macarıstanın xarici işlər naziri Peter Siyarto, iqtisadiyyat naziri Marton Nagy və maliyyə naziri Mihali Varqa müşayiət edəcək.

Bir gün əvvəl məlum olub ki, Orban seçkilərdən sonra bazar ertəsi Gürcüstana səfər etməyi planlaşdırıb. 

Xatirə SADİQ