Co Bayden bu gün səs verəcək
ABŞ prezidenti Co Bayden bazar ertəsi prezident seçkilərində erkən səs verəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb.
Qeyd edək ki, qanunvericiliyə görə, amerikalılar noyabrın 5-də baş tutacaq səsvermə günündən öncə öz seçimlərini edə bilərlər.
Oktyabrın 1-də 100 yaşı tamam olan eks-prezident Cimmi Karter də bu yaxınlarda dövlət başçısının seçkilərində erkən səs verdi.
Onun nəvəsi Ceyson Karter bildirdi ki, babasının seçki bülleteni Amerikus şəhərinin məhkəmə binasındakı səsvermə qutusuna buraxıldı. Corciya ştatında bunu qohumlar vasitəsilə etmək mümkündür.
“O, böyük ruh yüksəkliyi ilə vitse-prezident Kamala Harrisə səs verdi”, - deyə Ceyson Karter nəzərə çatdırdı.
Xatirə SADİQ