Almaniya kansleri Putini düşmən elan etdi 

Rusiya prezidenti Vladimir Putin hazırda Avropa və Almaniyaya qarşı hibrid müharibəsi aparır. 

Oct 7, 2025 - 13:25
Almaniya kansleri Putini düşmən elan etdi 

SAVASHMEDİA.az DW nəşrinə istinadən xəbər verir ki, Almaniyanın kansleri Fridrix Merts bunu Pınar Atalayın tok-şousunun efirində deyib. 

“O, bizə qarşı informasiya müharibəsi aparır. O, Ukraynaya qarşı müharibə aparır və bu müharibə hamımıza qarşı yönəlib”, - deyə Merts vurğulayıb.

Kanslerin sözlərinə görə, Putin “Avropanın siyasi düzənini başından ayağına çevirməyə” çalışır və ölkəsi məhz buna görə Ukraynanı dəstəkləyir. Onun fikrincə, Avropada açıq, azad cəmiyyətlərin siyasi nizamının qorunması Almaniyanın öz maraqlarına cavab verir.

“Putin Almaniyaya qarşı müharibə aparırmı” sualına Merts belə cavab verib: “O, bizə qarşı hibrid müharibə aparır. Rusiya, ən azı, bizim siyasi nizamımızın sərt əleyhdarı və düşmənidir”.

Xatirə SADİQ