Türkiyə və Azərbaycan vətəndaşları qaradağlı gənci bıçaqladı
Monteneqroda (Qaradağ) türklərlə yerli vətəndaşlar arasında dava baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə paytaxt Podqoritsada qeydə alınıb.
Dava zamanı biri Türkiyə, biri Azərbaycan vətəndaşı olan iki nəfər 25 yaşlı monteneqrolu gənci bıçaqlayıblar. Sözügedən şəxslər həbs olunub. Hadisə nəticəsində 44 türk də saxlanılıb. Miqrasiya sənədində natamamlıq olan 8 nəfər deportasiya olunub, 7 nəfərə isə cərimə tətbiq edilib.
Hadisəni protesto etmək üçün küçələrə axışan monteneqrolular türklərə aid mağazaları yandıraraq irqçi şüarlar səsləndiriblər.
Məsələ ilə bağlı Monteneqronun Baş naziri Milojko Spajic də açıqlama verib. O bildirib ki, Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi müvəqqəti olaraq dayandırmaq qərarı alınıb.
Banu