Pekin ilk dəfə paradda nəhəng sualtı dronlarını göstərdi

Çində bu gün keçirilən hərbi paradda iki növ XLUUV super iri sualtı pilotsuz təyyarələri ilk dəfə nümayiş etdirilib.

Sep 3, 2025 - 13:04
Pekin ilk dəfə paradda nəhəng sualtı dronlarını göstərdi

SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Hərbi-dəniz qüvvələri məsələləri üzrə ekspert G.I.Sattonun sözlərinə görə, Çinin hərbi dəniz qüvvələri (PLAN) ölkələr arasında ən böyük XLUUV proqramına malikdir. Bu ölkənin artıq bir neçə ildir suda yerləşən ən azı 5 növ dronu var.

O, əlavə edib ki, paradda ilk dəfə cəmiyyətə nümayiş etdirilən iki XLUUV yenidir və yəqin ki, üç illik sınaq proqramının qalibləridir.

Bu XLUUV-lərin missiyası hələ məlum deyil, lakin analitiklər hesab edirlər ki, onlar torpedalar və ya minalarla silahlana bilər, bəlkə də yalnız kəşfiyyat üçün nəzərdə tutulur.

Çin həmçinin paradda, ən azı, iki növ lazer hava hücumundan müdafiə sistemini nümayiş etdirib. 

Xatirə SADİQ