Budapeşt Beynəlxalq Cinayət Məhkəməsini tərk etmək istəyir
Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmaq niyyətindədir.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirlərin Xarici İşlər və Ticarət Nazirliyində ötən həftə keçirilən görüşündə ədliyyə naziri Bentse Tujon dəvət olunmuş diplomatlara bildirib.
Kütləvi indormasiya vasitələri qeyd edib ki, səfirlərin görüşü “xüsusi şəraitdə” baş tutub. Bir neçə mənbənin sözlərinə görə, zalda yalnız dəvət olunmuş qonaqların olmasını təmin etmək üçün sifətin tanınması proqramı ilə təchiz edilmiş kameralardan istifadə edilib. Diplomatlar adları yazılmış kreslolarda əyləşiblər. Proqrama gecikənlərin kreslolarının arxasında yubanma vaxtı göstərildiyindən həmin şəxslər dəqiqə-dəqiqə cərimə ödəməli idilər.
KİV xəbər verir ki, ICC-dən çıxmaq üçün hökumət Milli Assambleyaya bu barədə qətnamə layihəsi təqdim etməlidir. Əgər əksəriyyət sənədi qəbul edərsə, rəsmi olaraq çıxmağa təşəbbüs göstərməlidir.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bütün proses bir ilə qədər çəkə bilər. Macarıstanı ICC-də təmsil edən Peter Kovacın mandatı keçən il başa çatıb, lakin o, hələ də işi apardığına görə qurumun üzvü olaraq qalır.
Mənbənin sözlərinə görə, qətnamə layihəsinin mətni tezliklə Milli Assambleyanın saytında yerləşdirilə bilər.
Xatirə SADİQ