Türkiyədə məşhur DJ SAXLANILDI, müğənni HƏBS EDİLDİ
Türkiyədə məşhurlara qarşı aparılan istintaq çərçivəsində müğənni Ceylan Kaya həbs edilib, DJ Burak Yeter isə saxlanılıb.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun narkotiklərlə bağlı araşdırması çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.
Məhkəmə Ceylan Kayanın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması şübhəsi ilə həbsinə qərar verib. Digər 9 nəfər, o cümlədən aktyor Özcan Deniz, aktrisalar Burcu Özberk və Deniz Çakır məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
DJ Burak Yeter də daxil olmaqla digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Aytən