Axtarışda olan şəxsi evində gizlədibmiş - Aparıcı Fira yalan danışıb?
Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evində oğurluq hadisəsinin baş verməsi barədə açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, aparıcının sözlərinə görə, noyabrın 26-da saat 22:00 radələrində beş avtomobillə gələn təxminən 15 nəfər bağ evinə basqın edib.
Fira Cəlilova hadisədə iştirak etdiyini ehtimal etdiyi avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb və hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını istəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib.
İstintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Aytən