"Beşiktaş" - "Hapoel" matçında dava buna görə düşüb - Fələstin bayrağı 

“Beşiktaş”la İsrailin “Hapoel" (Beer-Şeva) komandası arasında keçirilən futbol matçı tribunada baş verən qarşıdurma səbəbindən yarımçıq dayandırılıb.

Nov 26, 2026 - 22:55
Nov 26, 2026 - 23:29
"Beşiktaş" - "Hapoel" matçında dava buna görə düşüb - Fələstin bayrağı 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Gürcüstanın Batumi şəhər stadionunda baş verib.

Məlumata görə, “Beşiktaş” azarkeşlərinin tribunada Fələstin bayrağı açmasından sonra polis müdaxilə edib.

Bayrağın götürülməsi ilə bağlı yaranan gərginlik azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmaya çevrilib.

Toqquşmalar zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Hadisələr səbəbindən qarşılaşma təxminən 30-cu dəqiqəyə çatmamış dayandırılıb.

Bundan başqa, azarkeşlərdən biri tribunadan yıxılıb və xərəkdə stadiondan çıxarılıb.

Qeyd edək ki, görüşdən əvvəl də komandalar arasında gərginlik yaşanıb. “Beşiktaş” futbolçuları meydana çıxarkən İsrail təmsilçisinin oyunçuları ilə salamlaşmayıb.

Aytən