Trampdan putunsayağı iddia – “Zelenskinin reytinqi 4%-ə düşüb”
“Hazırkı prezident Volodimir Zelenskinin reytinqi aşağı olduğundan Ukraynada seçkilər keçirilməlidir”.
SAVASHMEDIA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib.
Tramp iddia edib ki, Ukraynada seçkilərin keçirilməsini Rusiya deyil, daha çox “obyektiv vəziyyət” tələb edir, çünki uzun müddətdir ki, seçkilər olmayıb.
“Ukraynada hər zaman hərbi vəziyyətin davam etdiyi və bu ölkənin liderinin reytinqi artıq 4%-ə düşdüyü bir şəraitdə... Düşünürəm ki, biz masa arxasına əyləşsək, o zaman Ukrayna xalqı da çoxdandır seçki olmadığını xatırlayacaq. Ukraynaya seçkilərin lazım olduğunu deyən Rusiya deyil, bu, obyektiv vəziyyətdir”, - deyə Tramp vurğulayıb.
Ukrayna mediası yazıb ki, bu məqamda Tramp sosioloji məlumatların haradan gəldiyini açıqlamayıb.
Qərb ekspertləri Trampın açıqlamalarını “Putinin ağzı ilə danışmaq” kimi qiymətləndiriblər.
Xatirə SADİQ