Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı - Video

Bir neçə gün əvvəl “National Prime Hospital”dakı əməliyyat zamanı “TikTok”da canlı yayım edən cərraha xəbərdarlıq olunub.

Feb 19, 2025 - 11:18
Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı - Video

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Unikal”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:

“Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.