Ukrayna Krım körpüsünü partlatdı - ANBAAN VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu gün yenidən Krım körpüsünə hücum edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə UTX-ya istinadən Ukrayna KİV məlumat yayıb.
Məlumata əsasən, əməliyyat bir neçə ay davam edib: UTX xəfiyyələri körpünün dayaqlarını minalayıblar.
Bu gün, mülki vətəndaşlar arasında heç bir itki olmadan, səhər saat 4.44-də ilk partlayıcı qurğu işə salınıb. Sualtı dayaqlar alt səviyyədə ciddi zədələnib və körpü qəzalı vəziyyətə düşüb.
“Tanrı üçlüyü sevir, UTX isə həmişə planlaşdırdıqlarını sona çatdırır və heç vaxt təkrarlanmır. Əvvəllər biz 2022-ci və 2023-cü illərdə iki dəfə Krım körpüsünü vurmuşuq. Ona görə də bu gün biz bu ənənəni su altında davam etdirdik. Dövlətimizin ərazisində heç bir qeyri-qanuni RF obyektinə yer yoxdur. Buna görə də Krım körpüsü tamamilə qanuni hədəfdir, xüsusən də nəzərə alsaq ki, düşmən ondan öz qoşunlarını təchiz etmək üçün logistik arteriya kimi istifadə edirdi. Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq”, - deyə UTX rəhbəri Vasili Malyuk vurğulayıb.
Xatirə SADİQ