Putinlə Trampın görüşü ola bilərmi?

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni təmas lazım gələrsə, kifayət qədər çevik təşkil oluna bilər”.

Jun 3, 2025 - 16:06
Putinlə Trampın görüşü ola bilərmi?

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kreml liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hələlik bu barədə hər hansı razılaşma yoxdur. 

Xatırladaq ki, Putinlə Tramp arasında iki saatdan çox davam edən telefon danışığı mayın 19-da olub. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ukraynada müharibənin dayandırılması naminə dörd ölkə liderinin (Türkiyə, ABŞ, Rusiya, Ukrayna) bir araya gəlməsi təşəbbüsü ilə çıxış edib. 

Xatirə SADİQ