Türkiyədə təyyarə qəzaya düşdü, tərsinə çevrildi - Pilot... + Video 

Türkiyədə təyyarə qəzaya düşüb.

Jun 3, 2025 - 15:42
Türkiyədə təyyarə qəzaya düşdü, tərsinə çevrildi - Pilot... + Video 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Bilecikin Bozüyük rayonunda baş verib.

Bursanın Yenişehir rayonundakı limandan havaya qalxan təlim təyyarəsi texniki nasazlıq səbəbindən Bozüyükdəki boş sahəyə enmək məcburiyyətində qalıb. Təyyarə eniş edərkən qəzaya uğrayıb və tərsinə çevrilib.

Qəzanı görən vətəndaşlar təcili tibbi yardıma və aidiyyəti qurumlara xəbər veriblər. Qəza nəticəsində qadın pilot ağır yaralanıb. İlkin tibbi müdaxilədən sonra pilot Bozüyük Dövlət Xəstəxanasına aparılıb.

Banu