Orbandan Tramp-Putin görüşünə reaksiya - "Biz şadıq və hazırıq"
Macarıstan Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında nəzərdə tutulan görüşü təşkil etməkdən məmnundur.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə hesabında yazıb.
"Biz şadıq və hazırıq!" - Orban qeyd edib.
Macarıstanın baş nazirinin sözlərinə görə, Rusiya və ABŞ liderləri arasında gözlənilən görüş haqqında məlumat “dünyanın sülhsevər xalqları üçün əla xəbərdir”.
Tramp və Putin daha əvvəl telefon danışığı aparıblar. Ağ Ev rəhbəri söhbəti məhsuldar adlandırıb və rusiyalı həmkarı ilə Budapeştdə görüş keçirəcəyini bildirib.
Oğuz