Putin Trampla söhbətdə gah xahiş edib, gah hədələyib - Uşakov Rusiyanın əsas qorxusu haqqında
"Telefon danışığının təşəbbüskarı Rusiya prezidenti Vladimir Putin olub, Budapeştdə görüşmək təklifi isə ABŞ prezidenti Donald Trampa məxsusdur"
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Yuri Uşakov həmçinin bildirib ki, Vladimir Putin amerikalı həmkarı Donald Trampla "Tomaqavk" raketləri barədə də danışıb.
Uşakovun sözlərinə görə, Rusiya lideri raketlərlə bağlı narahatlığını bildirib və Trampı xəbərdar edib ki, Ukraynaya "Tomaqavk" raketləri verilərsə, bu, ABŞ-Rusiya münasibətlərinə ciddi zərər verəcək.
"Putin Trampa raketlərin döyüş meydanındakı vəziyyəti dəyişməyəcəyini, amma Rusiya ilə ABŞ arasında münasibətlərə və Ukraynadakı nizamlanmaya xələl gətirəcəyini deyib".
Xatırladaq ki, bu gün Tramp Putinlə iki saatlıq söhbət edib.O , dialoq zamanı “böyük irəliləyişin” əldə edildiyini deyib. Amerika lideri rusiyalı həmkarı ilə Budapeştə planlaşdırılan gələcək görüşdən də danışıb. O, həmçinin Rusiya prezidenti ilə söhbətini Zelenski ilə müzakirə edəcəyinə söz verib.
Oğuz