Qızının dəbdəbəli toyu ilə gündəmə gələn Elgün Feyzullayev KİMDİR? - DOSYE (Foto+VİDEO)
Qızının dəbdəbəli toy mərasimi ilə gündəmə gələn Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini Elgün Feyzullayev haqqında araşdırma aparmışıq.
SAVASHMEDİA.az xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb
Toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.
Bəs kimdir Elgün Feyzullayev?
Elgün Feyzullayev 1979-cu ildə Mingəçevir şəhərində anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, əmək fəaliyyətinə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində başlayıb. 2000–2004-cü illərdə burada tərcüməçi-katib vəzifəsində çalışıb.
Feyzullayev daha sonra uzun müddət SOCAR-da işləyib. 2005–2018-ci illərdə SOCAR-ın Sərmayələr İdarəsində müxtəlif vəzifələr tutub.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini vəzifəsinə təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə çalışıb.
2020-ci ildən ötən ilə qədər isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Elgün Feyzullayevin atası Bəhram Feyzullayev uzun illər prokurorluq orqanlarında çalışıb. Müxtəlif rayon prokurorluqlarında və Baş Prokurorluğun strukturunda vəzifələr tutan Bəhram Feyzullayev 2023-cü ildə 72 yaşında vəfat edib.
Oğuz