Ölmüş dostunu ələ salan ərəb azarkeşlərə xristian futbolçudan DƏRS - “Allah sizi görür”  + VİDEO

Portuqaliyalı futbolçu və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun yarımmüdafiəçisi Ruben Neves azarkeşlərin mərhum Dioqu Jotanın adını çığıraraq onu qıcıqlandırmasına sərt reaksiya verib.

Sep 13, 2026 - 15:58
Ölmüş dostunu ələ salan ərəb azarkeşlərə xristian futbolçudan DƏRS - “Allah sizi görür”  + VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, “Əl-Təavun” - “Əl-Hilal” matçında azarkeşlər Neves topa sahib olduqda “Jota, Jota” şüarları səsləndiriblər. 

Söhbət 2025-ci ilin iyulunda avtomobil qəzası zamanı 28 yaşında həyatını itirən Dioqu Jotadan gedir. Neves onun yaxın dostu və keçmiş komanda yoldaşı olub. Jotanın dəfnində onun tabutunu daşıyan şəxslər arasında Neves də yer alıb.

Azarkeşlərin qıcıqlandırıcı şüarlarından sonra Neves tribunaya tərəf dönərək etiraz edib və əli ilə səmaya işarə edərək “Allah sizi görür” mesajı verib.

Hadisəyə Kriştiano Ronaldo da münasibət bildirib. O, belə davranışın yolverilməz olduğunu deyərək azarkeşlərin cəzalandırılmasını və hətta stadiona girişlərinin qadağan edilməsini tələb edib.

“Bu artıq futbol deyil. Müəyyən sərhədlər olmalıdır”, - Ronaldo bildirib.

Oğuz