Amerikalı senatordan Medvedevə cavab - “Axır ki, səmimi oldunuz”
Amerikalı senator Lindsi Qrem Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamasına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, senator bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Rus təbliğat maşınının nadir dürüstlük anı münasibətilə cənab Medvedevi təbrik edirəm. Sizə minnətdaram, çünki Putin və Rusiyanın sülhdə maraqlı olmadığını aydın şəkildə dünyaya açıqlamısınız”, - deyə Lindsi Qrem vurğulayıb.
Amerikalı senator öz postuna Medvedevin Rusiyanın danışıqlarda güzəştə yox, qələbəyə can atdığını vicdanla etiraf etdiyi xəbəri də əlavə edib.
Xatirə SADİQ