Arif Qaraşovun nəvəsi Milanda vəfat etdi - TƏFƏRRÜAT
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatları məlum olub.
Mərhumun səhhətində anadangəlmə ciddi problemlər varmış.
A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.
Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə, A.Qasımov əsasən xarici ölkələrdə müalicə alırmış.
Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıbmış. O, son illərdə Milanda yaşayıb və müalicə alırmış. A.Qasımov İtaliyanın adıçəkilən şəhərində 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.
Mərhumun cənazəsi sabah Azərbaycana gətirələcək və fevralın 28-də Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Mərhumun yas mərasimi isə martın 1-də Heydər məscidində keçiriləcək.
Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir. (teleqraf)