İrana hücum başladı, Xamenei Tehrandan qaçdı - TƏFƏRRÜAT
ABŞ ordusu Yaxın Şərqdə yerləşən hərbi bazalardan qırıcı təyyarələr və təyyarədaşıyan gəmilərdən İrana hava hücumu həyata keçirir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Məlumata görə, Tehranda ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib.
Hələlik itkilər barədə rəsmi açıqlama verilməyib.
İranın Ali Lideri Əli Xameneinin təhlükəsizlik məqsədilə paytaxt Tehrandan çıxarılaraq təhlükəsiz əraziyə köçürüldüyü iddia olunur.
Oğuz