Məsud Pezeşkiana sui-qəsd olundu
İsrail mənbələrinin yaydığı məlumata görə, İran prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edilib.
Yerli medianın yazdığına görə, informasiya İsrail radiosu tərəfindən yayımlanıb.
Hadisənin təfərrüatları, eləcə də mümkün səbəb və nəticələri barədə hələlik əlavə məlumat verilməyib. İran tərəfi bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Məlumatlar dəqiqləşdirilir. (Ajans.az)