“Görüşmək istəyir? Gəlsin Moskvaya” - Kremldən Zelenskiyə CAVAB

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putinlə görüş təklifinə cavab verib.

Sep 12, 2026 - 20:40
“Görüşmək istəyir? Gəlsin Moskvaya” - Kremldən Zelenskiyə CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə Moskvaya gələ biləcəyini bildirib.

Peskov Zelenskinin dekabrda ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Putinlə görüşmək çağırışına münasibət bildirərkən deyib ki, görüş məkanı kimi Moskva nəzərdə tutulur.

“Əgər o, həqiqətən də Putinlə görüşmək istəyirsə, Putin görüşlə bağlı konkret yer göstərib. Odur ki, Zelenski birbaşa Moskvaya gələ bilər”, - Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, G20-nin növbəti sammiti dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək. Rusiya tərəfi daha əvvəl sammitdə iştirak edəcəyini açıqlayıb.

Oğuz