"Trampın restorandakı hesabını ödədiyimə görə həbs edilmişəm" - Saakaşvilidən ŞOK AÇIQLAMA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili haqqında verilmiş son məhkəmə qərarından bəhs edib. 

Mar 14, 2025 - 14:15
"Trampın restorandakı hesabını ödədiyimə görə həbs edilmişəm" - Saakaşvilidən ŞOK AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

Mixail Saakaşvili yeni cəzasını 2012-ci ildə ABŞ prezidenti Donald Trampla şam yeməyinə çəkdiyi xərcə görə aldığını iddia edib. 

“Bidzina İvanişvilinin göstərişi ilə prokurorluq mənə qarşı “dövlət vəsaitlərinin mənimsənilməsi” maddəsi ilə iş açdı və bu iş mənim prezident olduğum müddətdə ofisimdəki rəsmi xərclərə əsaslanıb. Bu vəsaitlər əsasən xarici səfərlər və Cozef Bayden və Hillari Klinton kimi xarici liderlərin və məşhur siyasətçilərin qəbulu üçün istifadə olunub. İşdəki sənədlər arasında şam yeməyi üçün qəbzlər və 2012-ci ildə Donald Trampın Tbilisi və Batumidə qəbulu ilə bağlı digər xərclər də var. İttihamlar arasında Polşa prezidenti Lex Kaçinski və Çexiyanın keçmiş prezidenti Vatslav Havelin dəfn mərasiminə göndərilən güllərə görə ödənişlər də daxildir. Müalicə xərclərim, rəsmi kostyumlar və digər əyləncə xərclərim də buraya daxildir". 

Xatırladaq ki, martın 12-də Gürcüstan məhkəməsi Mixail Saakaşvilini vəsaitlərin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. 

Oğuz