Ukraynada prezident seçkiləri keçiriləcək - Zelenski razılaşdı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenskinin prezident seçkilərinin keçirilməsinə razılıq verdiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Takter Karlsona müsahibəsində bildirib.
Karlson Uitkoffa belə bir sual ünvanlayıb: “Moskva Ukrayna Prezidenti Volodimir Zelenskini “seçilməmiş” hesab edir, buna görə də onunla heç bir saziş imzalaya bilməyəcəyini açıqlayıb. Siz nə düşünürsünüz, Ukraynada seçkilər olacaqmı?”
ABŞ prezidentinin nümayəndəsi suala belə cavab verib:
“Bəli, olacaq, buna razılıq veriblər. Ukraynada seçkilər keçiriləcək”.