“Putin mənə dedi ki...” – Trampdan növbəti Ukrayna açıqlaması

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel  Makronla görüşündə maraqlı açıqlamalar verib.

Feb 24, 2025 - 22:48
“Putin mənə dedi ki...” – Trampdan növbəti Ukrayna açıqlaması

SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp Ukraynadakı qarşıdurmanın III Dünya Müharibəsinə qədər uzana biləcəyini deyərək, ABŞ-nin belə bir perspektivin qarşısını almaq niyyətində olduğunu deyib.

Tramp qeyd edib ki, o, Ukraynaya “əvvəllər heç kimin kömək etmədiyi şəkildə” kömək edir.

“Ukraynadakı müharibəni bir neçə həftəyə bitirə bilərik. Ümid edirəm ki, Zelenski sülhü imzalamaq üçün Oval kabinetə gələcək”, - o qeyd edib.

Tramp bildirib ki, o, Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsi ilə bağlı heç bir problem görmür: “Putin mənə sülh sazişi çərçivəsində Ukraynada Avropa qoşunları ilə probleminin olmadığını söylədi”.

O, Rusiyaya gözlənilən səfəri ilə bağlı da danışıb: “Hər şey düzəlsə, Moskvaya gələcəm. Məncə səfər üçün 9 may tarixi tezdir”.

Oğuz