Qəbizlikdən necə qurtulmalı? - Təbii çarələr

Qəbizlik bağırsaq hərəkətlərinin yavaşlaması, həftədə üç və ya daha az sərt və quru nəcis ilə xarakterizə olunan həzm problemidir.

Feb 24, 2025 - 22:24
Qəbizlikdən necə qurtulmalı? - Təbii çarələr

Kəskin və xroniki olmaqla iki növə ayrılır. Həftələrlə, hətta daha uzun müddət  davam edən qəbizlik Xroniki, fasilələrlə bir neçə gün ərzində davam edən qəbizlik isə Kəskin qəbizlik adlanır. Qəbizlik oturaq iş rejimi şəraitində işləyənlərdə, yaşlılarda daha çox rastlanan sağlamlıq problemidir. Qəbizlik əsəbiliyə, iştahsızlığa, köpə, şişkinliyə, nəfəs darlığına, tərləməyə səbəb olur.

SAVASHMEDİA.az qəbizlik probleminin həll edə biləcək təbii üsulları təqdim edir:

Fındıq  və Fındıq yağı

Findıq istehlak etmək, hər səhər ac qarına iki xörək qaşığı fındıq yağı içmək və ya fındıq yağı ilə bişirilmiş yeməklər yemək qəbizliyi mütləq olaraq aradan qaldıracaqdır.

Bol su içmək

Bol su içmək rahat həzmi təmin edir.

Ərik

Səhərlər ac qarına bir stəkan ərik suyu və 4-5 ədəd ərik qurusunu birlikdə yesəniz, qəbizlikdən xila ola bilərsiniz.

Gavalı

Gavalının qəbizlik üçün faydalı olduğunu bilməyən yoxdur. Gavalı istehlak etmək qəbizliyi aradan qaldırır.

Quru əncir

Qəlyanaltı və ya səhər yeməyində 4-5 ədəd quru və ya təzə əncir istehlakı bağırsaqdakı həzm problemini aradan qaldırır və həzmə daha rahat getməyə imkan verir.

Yulaf

 

Yulafı ilıq su ilə yumşaldaraq yemək həzmi asanlaşdırır və qəbizliyin azalmasına kömək edər.

 

Razyana çayı

 

Bağırsaq hərəkətlərini tənzimləyən razyana qəbizlik probleminə qarşı təsirli vasitədir.

 

Ağ kələm

 

Qısa müddətdə qəbizlikdən xilas olmaq üçün kələm yarpaqlarını qaynadıb suyunu içmək məsləhətdir.

 

 Zeytun yağı

 

Zeytun yağının tərkibindəki köməkçi toksinlər qəbzlik problemini aradan qaldırır. Buna görə gündə 2 dəfə bir qaşıq zeytun yağı içmək məsləhətdir. Yağı birbaşa içməkdə çətinlik çəkənlər zeytun yağı ilə bişirilmiş yeməklər yeyə bilərlər.

Limonlu qatıq, probiotik qatıqlar da qəbizlik üçün istifadə edilə bilər.

 

Senna çayı

Apteklərdə satılan senna çayı da qəbizliyi aradan qaldıran vasitələrdən biridir.

 

Banu