Qida zəhərlənməsinin – Əlamətləri
Qida zəhərlənməsi insan orqanizminin zərərli mikroorqanizmlərlə və ya onların toksinləri ilə çirklənmiş qida və ya içkiləri qəbul etməsi nəticəsində yaranan kəskin xəstəlik vəziyyətidir.
SAVASHMEDİA.az xəbər verir ki, qida zəhərlənməsinə bakteriyalar (Salmonella, Listeriya və.s), viruslar (Norovirus, Hepatit A və.s), parazitlər (Giardia, Toxoplasma), toksinlər (Botulizm, stafilokok), kimyəvi maddələr (pestisid qalıqları, ağır metallar) səbəb ola bilər.
Zəhərlənmənin əlamətləri qidanın qəbulundan bir neçə saat, bəzən isə 1-2 gün sonra başlaya bilər. Əlamətlər qidalanmadan 1 saat sonra başlayırsa, bu botulizm və ya kimyəvi zəhərlənmə ola bilər.
Qida zəhərlənməsinin əlamətləri
Ürəkbulanma
Qusma
İshal (bəzən qanlı ola bilər)
Mədə və qarın ağrıları, qaz
Yüksək hərarət (qızdırma)
Baş ağrısı
Əzələ ağrıları
Titrətmə
Əzginlik və halsızlıq
Ağızda quruluq və susuzluq (dehidratasiya əlamətləri)
Ağır hallarda isə:
Qanlı ishal və ya qusma
Yüksək və davamlı hərarət (39°C və yuxarı)
Gözlərdə bulanıqlıq, başgicəllənmə
Nəfəs darlığı
Huşun itməsi
Ev şəraitində ilkin yardım
Əgər əlamətlər yüngüldürsə:
Bol maye qəbul edin – su, duz-şəkər məhlulu, mineral su, elektrolit içkilər (dehidratasiyanın qarşısını almaq üçün).
Qusma varsa, 15-30 dəqiqə gözləyin, sonra az miqdarda maye ilə başlayın.
Yüngül qidalar yeyin. Məsələn, banan, düyü, tost, alma püresi yeyə bilərsiniz.
Qidalanmaya fasilə vermək bəzən bağırsaqlara istirahət verir.
Özbaşına antibiotik qəbul etməyin.
Qeyd: Qusma və ya ishal 2 gündən çox davam edirsə, qanlı ishal və ya çox kəskin qarın ağrısı varsa, bədən susuzlaşırsa (sidik çıxışı azalıbsa), hamilə qadın və ya uşaqda baş verirsə mütləq həkimə müraciət edin!
Banu