Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi - SON DƏQİQƏ

Rusiya ABŞ prezidenti Donald Trampla açıq mübarizəyə qərar verən milyarder İlon Maska siyasi sığınacaq verməyə hazırdır, 

Jun 6, 2025 - 14:58
Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi - SON DƏQİQƏ

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Dmitri Novikov deyib.

“Düşünürəm ki, Mask siyasi sığınacaq lazım olmayacaq. Amma buna ehtiyac olsa, Rusiya təbii ki, bunu təmin edə bilər”, - Novikov bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki, Rusiya “məqbul ödəniş” müqabilində Tramp və Mask arasında barışığa kömək etməyə hazırdır. 

Medvedev Rusiyanın milyarderə məxsus qlobal peyk rabitə sistemi olan Starlink-də pay sahibliyi qarşılığında Tramp və Mask arasında barışığın əldə edilməsinə hazır olduğunu bildirib. 

Oğuz