“Eyni sözü Putin haqqında da deyə bilərsinizmi?” - Jurnalist Trampa çətin anlar yaşatdı
ABŞ prezidenti Donald Tramp Vladimir Putini daha əvvəl Vladimir Zelenskini adlandırdığı kimi “diktator” adlandırmaqdan imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, jurnalist Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Ağ Ev rəhbərinə xatırladıb ki, o, Ukrayna lideri Vladimir Zelenskini diktator adlandırıb:
“Eyni sözləri Putin haqqında da deyə bilərsinizmi?”
Tramp suala belə cavab verib : “Mən sözlərdən yersiz və yüngül istifadə etmirəm”.
Səlcuq