Rəqsanə qızından boşanıb yeni ailə quran keçmiş kürəkəninə söz atdı - VİDEO
"Məşhur olmaq istəyən ya mənim, ya da qızımın yanına gəlsin”.
Bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. İzləyicilər onun bu sözlərinin keçmiş kürəkəni Ramil Vəliyevə ünvanlandığını iddia edirlər.
“Deyirəm, əlimiz kimə dəyirsə, ulduz olur. Əlimizi kimə vururuqsa, bizim adımızla partladır, reklamımız ona düşür. Bəsdirin. Kim ulduz olmaq istəyir yanımıza gəlsin. Ya qızım Aysunun yanına, ya da mənim. Hər yerdə adımızdan istifadə edirlər. Sən öləsən, yaxşı işdir”.
SAVASHMEDİA.az xatırladır ki, müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev bu günlərdə Nərmin adlı xanımla ailə qurub.
Qeyd edək ki, bu R. əliyevin 3-cü evliliyidir. O, Aysundan əvvəl bir dəfə ailəli olub, ayrılıb. Ramillə Aysunun bir qız övladı var.