Ozempik,Saxenda,Zepbound... – Arıqlama iynələrinin şok zərərləri
Çəki atmaq üçün istifadə edilən iynələrin zərərləri ortaya çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, uzun müddətdir “Ozempik”, “Zepbound”, “Saxenda”, “Wegovy” kimi piylənmə əleyhinə iynələr TikTok və digər sosial şəbəkələrdə reklam olunurdu.
“Ozempicbody” heşteqi ilə yayılan videolarda isə “3 aya 20 kilo arıqladım”, “istədiyim çəkiyə qısa müddətdə endim” kimi hekayələr danışılırdı. Lakin son zamanlarda bu tip iynələrlə çəki atan şəxslərin şikayətləri də artıb.
Dünyanın müxtəlif ölkələrindən olan şəxslər artıq arıqladan iynələrin mənfi nəticələrindən bəhs etməyə başlayıblar.
"Kamera qarşısında incə bədənimi göstərdim, amma mədəmdəki ağrılara görə heç nə yeyə bilmirəm", "3 ayda 12 kilo arıqlamışam, ancaq idman zalında çəki qaldıra bilmirəm. Gücüm tükənib", “Davamlı qaytarmaqdan işləyə də bilmirəm, 9 kilo arıqlamışam”, “Arıqlamışam, lakin davamlı olaraq başım ağrıyır və fırlanır”, “ Çəki atmışam, amma taqətim yoxdur” kimi şikayətlər gündən-günə artır.
Aparılan klinik araşdırmalarda bu iynələrin bədəndə yağla yanaşı əzələni də əritdiyi ortaya çıxıb. Əzələ əriməsi nəticəsində bədən zəifləyir, dəridə sallanma, orqanizmdə zəifləmə başlayır.Pilləkən qalxmağa belə hal olmur. Saçlar tökülür, dadbilmə itir, ağızda yalnız metal dadı olur. Qusma, ürəkbulanma, qəbizlik, başgicələnmə, ağızda quruluq kimi hallar müşahidə olunur.
Bəzi istifadəçilər özlərində bu nevropsixoloji dəyişikliklərin olduğunu bildiriblər:
- Qida ilə emosional əlaqənin itməsi
- Artan narahatlıq və depressiv əhval-ruhiyyə
- Sosial həyatdan uzaqlaşma, qida olan mühitlərdən qaçış
- Cinsi istəksizlik (xüsusilə qadın xəstələrdə)
İstifadəçilər neqativ hallarla bağlı iynə vurmağı dayandırdıqdan sonra başqa problemlərlə qarşılaşıblar. Klinik məlumatlar və müşahidələr də göstərib ki, iynəni dayandıran istifadəçilərin 65-70%-i 6-12 ay ərzində itirdikləri çəkiyə qayıdırlar.
Bunun da əsas səbəbi sürətli çəki itirən metabolizmin müdafiə reaksiyası formalaşdırmasıdır. Çünki orqanizm itirdiyi çəkini ideal olaraq qəbul edir. Nəticədə yağ kütləsini geri qaytarmaq üçün hərəkətə keçir. Şiddətli aclıq başlayır və bunun qarşısını almaq mümkün olmur. Bəzi istifadəçilər hətta iynəyə başlamazdan əvvəlki çəkilərindən də çox çəki aldıqlarını bildirirlər.
Mütəxəssislər isə qeyd edirlər ki, arıqladan iynələr yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.Bu iynələr, həqiqətən, lazım olan insana vurulduqda istənilən nəticə alına bilər.Müəyyən bir hissədəki piy qatından xilas olmaq istəyənlər üçün məsləhət görülmür.
Banu