Mərkəzi Klinikadan İlham Mirzəyevlə bağlı ÜZÜCÜ XƏBƏR - "Ağırdır..."
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Mərkəzi Klinikadan bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır.
"Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.