Tramp Zəngəzur dəhlizini bu rusa həvalə etdi - Konstantin Sokolov KİMDİR?

Konstantin Sokolov ABŞ Dövlət Departamentinin yaratdığı TRIPP+ Enterprise Fund fondunun rəhbəri təyin olunub. 

Jul 15, 2026 - 17:13
Tramp Zəngəzur dəhlizini bu rusa həvalə etdi - Konstantin Sokolov KİMDİR?

SAVASHMEDİA.az xəbər verir ki, adıçəkilən fond Zəngəzur dəhlizi kimi tanınan TRIPP marşrutu da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada nəqliyyat, enerji və digər strateji layihələrə investisiya yatırmaq üçün yaradılıb.

Bəs Zəngəzur dəhlizinin sahibi adlandırılan rus kimdir? 

Konstantin Sokolov 1975-ci ildə Sovet İttifaqının Leninqrad şəhərində (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. Milliyyətcə rus olan Konstantin Sokolov sonradan ABŞ vətəndaşlığı almış investor kimi tanınır.

Onun həyatındakı əsas dönüş nöqtəsi 1990-cı illərdə ABŞ-yə köçməsi olub. Sokolov burada telekommunikasiya və texnologiya sahəsində fəaliyyətə başlayıb, daha sonra böyük investisiya layihələrinə rəhbərlik edib.

Sokolovun adı son illərdə xüsusilə Donald Trampla əlaqələri səbəbindən diqqət çəkib. O, Trampın siyasi fondlarına milyonlarla dollar ianə edən zəngin donorlar sırasında yer alıb. Məlumata görə, o, Respublikaçılar Partiyası və Trampın dəstəklədiyi qurumlara 12 milyon dollardan çox vəsait ayırıb.

Sokolov həm də Ermənistanda biznes fəaliyyəti ilə məşğuldur. O, Ermənistanın aparıcı mobil operatorlarından olan "Viva Armenia" şirkətinin əsas səhmdarlarındandır. Bu fakt onun region üçün təsadüfi şəxs olmadığını ortaya çıxarır.

Sokolov enerji, telekommunikasiya və süni intellekt infrastrukturu sahələrinə də sərmayə yatırır. O, məlumat mərkəzləri və yeni texnologiyalar üzrə layihələrdə iştirak edir.

Səlcuq