Polis İmişlidə bir neçə nəfəri saxladı - Xidməti maşına ziyan vurublar

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

Jan 18, 2025 - 15:37
Polis İmişlidə bir neçə nəfəri saxladı - Xidməti maşına ziyan vurublar

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.