“Zirə”- “Araz-Naxçıvan” oyununda əlbəyaxa - Məşqçilər də davaya qoşuldu + VİDEO
Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən "Zirə" "Araz-Naxçıvan" oyununda dava düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, əvvəlcə meydanda başlayan mübahisə daha sonra kütləvi hal alıb.
Mübahisəyə komandanın ehtiyyat oyunçular skamyası, məşqçilər də qoşulub.
Belə ki, ilk hissənin son dəqiqələrində Qara Qarayevlə Salifu Suma arasında yaşanan mübahisədə emosiyalar qızışıb.
Əsl həngamə isə fasilədə baş verib.
Əliyar Ağayev ilk hissənin başa çatdığını bildirən fitini səaləndirən kimi Qara Rafaelə tərəf şığıyıb.
Bu an Rəşad Sadıqovun aranı sakitləşdirmək niyyəti ilə Qarala yüksək tonda irad bildirməsi təcrübəli futbolçunun xoşuna gəlməyib.
Daha sonra mübahisə dəhlizdə davam edib. Polislərin müdaxiləsindən sonra hər iki komandanın üzvləri paltardəyişmə otaqlarına yollanıblar.
Həmin görüntüləri təqdim edirik: