Vətən müharibəsi iştirakçısına narkoz verdilər, komaya düşərək öldü - FOTO/VİDEO

Narkozdan komaya düşən Ucar sakini ölüb.

Jul 7, 2025 - 01:16
Vətən müharibəsi iştirakçısına narkoz verdilər, komaya düşərək öldü - FOTO/VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu il aprelin 14-də dermoid kistadan Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Qazyan kənd sakini, 26 yaşlı Sübhan Hüseynova əməliyyat olunması məsləhət görülüb.

Yaxınlarının iddialarına görə, əməliyyata hazırlanan Sübhan Hüseynova verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan yaxınları xəstəni Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdiriblər. Vətən müharibəsinin iştirakçısı olan Sübhan Hüseynov ötən gün orada dünyasını dəyişib.

Fotoda: Sübhan Hüseynov