“Rusiya hər zərbəyə görə cavabını alacaq” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə və xalqına vurulan hər zərbə üçün Rusiyaya cavab veriləcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski müdafiə sanəyesi üzrə beynəlxalq forumda səsləndirib.
Onun sözlərinə görə, ölkənin müdafiəsi indiyədək heç vaxt belə güclü olmayıb. “Tarixdə heç vaxt Ukraynanın müdafiəsi bizim digər alətlərimizlə, eləcə də tərəfdaşlarımızın alətləri ilə bu qədər uzaqvuran, Rusiya üçün bu qədər nəzərə çarpan olmamışdı. Biz bu müharibədən sonra Ukrayna üçün etibarlı və kifayət qədər təhlükəsizlik təminatlarına nail olacağımıza arxalana bilərik. Biz təcavüzkar üçün müharibənin qiymətini tamamilə qəbuledilməz etməliyik. Biz bunu edəcəyik və xalqımıza, şəhərlərimizə, Ukrayna icmalarına vurulan hər zərbəyə görə Rusiyaya cavab verəcəyik”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Xatirə SADİQ