“Mən 4 vilayəti və Krımı Rusiyaya verərdim” - Arestoviçdən satqın təklif  

Ukrayna prezident administrasiyasının keçmiş müşaviri, hazırda Londonda yaşayan Aleksey Arestoviç prezident olacağı təqdirdə Putinə Ukraynanın 4 vilayətini və Krımı verəcəyini bildirib.

Oct 6, 2025 - 14:44
“Mən 4 vilayəti və Krımı Rusiyaya verərdim” - Arestoviçdən satqın təklif  

SAVASHMEDİA.az xəbər verir ki, o, bunu rusiyalı jurnalist Ksenya Sobçakın Youtube-dakı “Ostorojno: Sobçak” kanalına müsahibəsində deyib. 

“Russki restoran”da müsahibə verən Arestoviç etiraf edib ki, ana tərəfdən rusdur və özü də imperiya təfəkkürlüdür. O, bildirib ki, Ukrayna prezidenti olarsa, “1991-ci ildən başlayan münasibətlərə yekun vurmaq” məqsədilə danışıqlar aparmaq üçün Moskvaya uçacaq.

O, həmçinin qeyd edib ki, Ukraynanın xarici və daxili siyasətinin istiqamətini elə dəyişər ki, ölkəsi Rusiyaya “bir daha heç vaxt təhlükə yaratmasın” və bunun müqabilində Rusiya Ukrayna üçün bir növ təhlükə yaratmasın.

“Mən dörd vilayəti və Krımı verirəm. Mən onları Rusiyanınkı kimi tanımıram. AFR və ADR kimi eyni şərtlərlə verirəm”, - deyə Arestoviç vurğulayıb.

Üstəlik, o, əlavə edib ki, Ukrayna qoşunlarını həmin bölgələrdən çıxarardı.

O, həmçinin “rus, ukrayna və belarus xalqlarının simvolik birliyini tanıyardı”, əgər eyni şeyi Rusiya tərəfinin həlak olmuş Ukrayna əsgərləri ilə bağlı edəcəyi təqdirdə, Putinə  müharibə qurbanları üçün birgə ibadəti təklif edər və rus hərbçilərinin abidəsi önünə gül dəstələri qoyardı.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Arestoviçə qarşı sanksiyalar tətbiq edib. 

Müdriklər doğru deyiblər ki, cinayətkarın milliyyəti olmur. Bu, satqın sözünə də aiddir. Platon demişkən, satqınlar hər şeydən əvvəl özlərini satırlar. Tanrı hər bir milləti belə satqınlardan qorusun!
  
Xatirə SADİQ