Məşhur xanım müğənnini toydan qovdular - Qubada nə baş verib?

"Pul hardadırsa, ora da gedirəm. Həm qadın, həm də kişi məclislərində oxuyuram. Bu, ayıb deyil".

Oct 6, 2025 - 14:14
Məşhur xanım müğənnini toydan qovdular - Qubada nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayevə "Tarixin bir günü" verilişində qonaq olarkən deyib.

Sənətçi eyni zamanda adını açıqlamadığı  məşhur həmkarının oxumaqdan imtina etdiyi üçün toydan qovulduğunu deyib:

"Qubada toyda qonaq idim. Kişi toyu ayrı, qadın toyu ayrı idi, amma eyni məkanda idi. Məndən xahiş etdiər ki, keçib kişi məclisində də oxuyum. Razılaşdım. Getdim ifalarımı elədim, yaxşı da pul verdilər. Orada olan 200 kişinin hər biri demək olar ki, mənə pul verdi. Adını çəkmək istəmədiyim, çox məşhur bir həmkarım da mənimlə toyda idi. Ona da eyni şeyi təklif etdilər. O kişi məclisində oxumaqdan imtina etdi və toy sahibi onu məclisindən qovdu. Dedi oxumursan, niyə gəlmisən, çıx get! O da getdi. Daha sonra sosial şəbəkədə videolar yayımladı ki, mənim pulumu verməyiblər".

Aytən