“Bu, Avropanın enerji intiharıdır” – “Qazprom”un rəhbəri

“Avropada qaz bazarının vəziyyəti Rusiya qazı olmadan pisdir və sənaye istehsalı son on ildə ən aşağı səviyyəyə düşüb”. 

Oct 10, 2024 - 16:44
Oct 13, 2024 - 00:11
“Bu, Avropanın enerji intiharıdır” – “Qazprom”un rəhbəri

SAVASHMEDİA.az “RBC” telekanalına istinadən xəbər verir ki, bu açıqlama ilə “Qazprom”un rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunun  plenar iclasında çıxış edib. 

“Avropa qaz bazarında baş verənlər artıq dəqiq müəyyənləşib – bu, qaza olan tələbatın süni şəkildə məhv edilməsidir. Amma daha sərt qiymətləndirmələr və ekspert rəyləri də var. Bəziləri deyir ki, bunu Avropanın enerji intiharı adlandırmaq olar. Digər ekspertlər isə deyirlər ki, gözümüzün qabağında iqtisadi lokomotiv Avropanın xəstə adamına çevrilib. Bilirsinizmi, biz bu sözlərlə razılaşa bilərik”, - deyə Miller vurğulayıb. 

Miller “Avropanın sənayesizləşdirilməsi prosesinin” davam etdiyini və qaz bazarında qeyri-sabitliyin artdığını elan edib. 

“Ən xoşagəlməz hal odur ki, belə siyasət və Avropa qaz bazarında belə vəziyyət qazın yeni qiymət sarsıntısına və tədarükün fasiləsinə gətirib çıxara bilər”. 

Xatirə SADİQ