“Bütün vaxtımı ona həsr etmişəm” - Britaniyanın Baş naziri Zelenskidən “gileyləndi”
Britaniyanın baş naziri Kir Starmer bütün səhəri Dauninq-stritdəki iqamətgahında Ukrayna prezidenti Volodimir Zelenski ilə qələbə planını müzakirə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, bunu baş nazir NATO-nun baş katibi Mark Rutteni qəbul edərkən söyləyib.
Rutteni salamlayan Starmer deyib ki, o və Zelenski “bütün səhəri qələbə planını müzakirə etməyə sərf ediblər”.
Ruttenin bu xəbərə reaksiyası belə olub: “Söhbət Ukraynadan, həm də Qərbi müdafiə etməkdən və necə təhlükəsizlikdə qalacağımızdan gedir”.
Xatirə SADİQ