"Danışıqlara hazıram, amma bir məsələ var ki, Zelenski..." - Putin
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukrayna üzrə danışıqlara hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu niyyətini bu gün bir daha bəyan edib.
“Ancaq burada xüsusi diqqət tələb edən bir məqam var. Bildiyiniz kimi, Kiyev rejiminin hazırkı rəhbəri danışıqları qadağan edən fərman imzalayıb”, - Rusiya prezidenti bildirib.
Putin həmçinin bildirib ki, 2020-ci il seçkilərində Donald Trampın qələbəsi “oğurlanmasaydı” Ukraynada indiki “böhran” baş verməzdi. O qeyd edib ki, ABŞ prezidenti Ukrayna ilə bağlı danışıqlarla bağlı çoxlu açıqlamalar verib. Putinin sözlərinə görə, o, Trampla həmişə işgüzar və praqmatik münasibətdə olub.
Putin həmçinin Moskva və Vaşinqtonu maraqlandıran məsələləri “sakit şəkildə” müzakirə etmək üçün Trampla görüşmək istədiyini bildirib. “Bizim üçün həm ABŞ, həm də Rusiya baxımından maraqlı olan bütün sahələr üzrə sakit şəkildə görüşmək vacibdir. Biz hazırıq”, - deyə o bildirib.
Putin qeyd edib ki, belə bir görüşün mümkünlüyü “ilk növbədə Amerikanın hazırkı administrasiyasının qərarlarından və seçimlərindən asılıdır”.
Oğuz