Həkimlər tanınmış pediatra görə etiraz aksiyası keçirəcəklər - Tiflisdə 

Tbilisidə həkimlər oktyabrın 4-də bələdiyyə seçkiləri günü hökumət əleyhinə keçirilən mitinqdə iğtişaşlara görə həbs edilən tanınmış pediatr və kardioloq Giorgi Çaxunaşviliyə dəstək aksiyasına toplaşırlar.

Oct 10, 2025 - 16:19
Həkimlər tanınmış pediatra görə etiraz aksiyası keçirəcəklər - Tiflisdə 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, mitinq saat 20:00-da parlament binası qarşısında baş tutacaq. 

Həmkarları hesab edirlər ki, 71 yaşlı professor hökumətin xətti ilə ziddiyyət təşkil edən vətəndaş mövqeyinə görə təqib edilir, çünki o, heç bir qeyri-qanuni hərəkətə yol verməyib.

Gürcü müdiası yazır ki, Çaxunaşvilinin konkret olaraq nədə ittiham olunduğuna hələ rəsmi şəkildə aydınlıq gətirilməyib. Amma Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdən görünür ki, bəzi nümayişçilər prezident iqamətgahına daxil olmağa cəhd edərkən, professor sarayın həyətində dayanıb. 

Onlarla həmkarları, tələbələri və keçmiş xəstələri artıq açıq şəkildə həkimə dəstək ifadə ediblər. Bir neçə tanınmış tibb işçisi ona zamin durmağa hazır olduqlarını bildirib.

Gürcüstan hakimiyyətinin dövlət çevrilişinə cəhd hesab etdiyi 4 oktyabr hadisələrindən sonra 46 nəfər həbs edilib. İstintaq hakimiyyəti devirməyə çağırış, xüsusi əhəmiyyətli obyektləri ələ keçirmə, qrup zorakılıqlarında iştirak və əmlakı məhvetmə ittihamları üzrə aparılır.

Xatirə SADİQ

kardioloq Giorgi Çaxunaşvili