Qaçaq Nəbinin kötücəsindən Cəlaloğluya CAVAB - “Kişinin qoluna qandalı da kişi vurar” + VİDEO

Son günlər ADP sədri Sərdar Cəlaloğlunun Qaçaq Nəbi və Həcərlə bağlı fikirləri yenidən gündəmə gəlib.

Aug 20, 2026 - 13:39
Aug 20, 2026 - 14:03
Qaçaq Nəbinin kötücəsindən Cəlaloğluya CAVAB - “Kişinin qoluna qandalı da kişi vurar” + VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, məsələ ilə bağlı Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərova “Unikal”a açıqlama verib.

O, Cəlaloğlunun bir neçə ildən bir bu mövzuya toxunduğunu deyərək səsləndirilən fikirlərin faktlara əsaslanmadığını bildirib.

“İndiyə qədər cavab verməmişəm. Çünki “Atları Yəhərləyin” filmində deyildiyi kimi, kişinin qoluna qandalı da gərək, kişi vursun. Onlar mənə görə sapı özümüzdən olan baltalardır. Düşmənin özü də gərək mərd olsun”, - Əkbərova bildirib.

O, məsələni hüquqi müstəvidə həll etmək niyyətində olduğunu və Cəlaloğlunun üzr istəməli olduğunu deyib.

Əkbərova ailədə Qaçaq Nəbi və Həcərlə bağlı şəcərə sənədlərinin olduğunu da qeyd edib: “Qaçaq Nəbi uydurmadırsa, bəs biz kimik, ulu babam kimdir?”

Həcər Əkbərova həmçinin ulu nənəsi Həcərin Nəbidən sonra yalnız bir dəfə - qohumu Həmzə ilə ailə qurduğunu bildirib. Onun sözlərinə görə, Həcər qızını qorumaq və dövrün dul qadınlara münasibətini nəzərə alaraq bu qərarı verib.

Əkbərova Nəbinin ölümündən sonra Həcərin övladları Əhməd və Xəlili Ağrı dağından Qarsa apardığını, azyaşlı Zeynəbi isə yanında saxladığını bildirib.