“Crocus City"dəki terror aktını planlaşdıran Şərifulla ABŞ-da saxlanıldı
Moskvada “Crocus City Hall” konsert zalında terror aktı planlaşdırmaqda şübhəli bilinən Məhəmməd Şərifulla ABŞ-da saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İŞİD üzvü olan Şərifulla potensial terrorçulara avtomat silahlardan istifadə ilə bağlı təlimat verdiyini etiraf edib. O, həmçinin Rusiyada saxlanılanlar arasında təlimat verdiklərinin olduğunu da vurğulayıb.
Şərifulla həm də Əfqanıstanda ABŞ hərbçilərinə qarşı hərbi əməliyyatlarda iştirakda və ABŞ hərbçilərinə hücumda ittiham olunur.
Xatırladaq ki, 2022-ci il martın 22-də dörd silahlı terrorçu “Piknik” qrupunun konsertinə gələnləri öldürmək üçün atəş açıb, daha sonra zalı yandırıb. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.