Bakıda məktəbli qızları izləyən manyak polisə çağırıldı - İzahatında nə yazıb?

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.

Apr 7, 2025 - 16:30
Bakıda məktəbli qızları izləyən manyak polisə çağırıldı - İzahatında nə yazıb?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

"Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - deyə L.İsrəfilli qeyd edib.