Tramp bombardmanı dayandırmağı tələb edir - Rusiya isə “suallar var” deyir

ABŞ prezidenti Donald Tramp Rusiyadan Ukraynanı bombalamağı dayandırmağı tələb edib. 

Apr 7, 2025 - 16:20
Tramp bombardmanı dayandırmağı tələb edir - Rusiya isə “suallar var” deyir

SAVASHMEDİA.az xəbər verir ki, onun sözlərini Ağ Evin jurnalistlər dəstəsi sitat gətirib. 

“Biz Rusiya ilə danışırıq. İstərdik ki, onlar dayandırsalar. Bombardmanlar xoşuma gəlmir. Bombardmanlar davam edir”, - deyə Tramp əlavə edib. 

O, bir daha iddia edib ki, əgər prezident olsaydı, Ukraynada hərbi əməliyyatlar “100%” başlamazdı.

Trampın sözlərini Rusiya KİV-lərinə şərh edən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin Ukraynada atəşkəs zərurətini dəstəkləyir, lakin buna qədər “bir sıra suallara” cavab verilməlidir.

Onun sözlərinə görə, Rusiyanı maraqlandıran suallar “havada”dır: “Bu, həm Kiyev rejiminə nəzarətin olmaması, həm də Kiyev rejiminin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist millətçi birləşmələrin hərəkətlərinə nəzarət edə bilməməsi ilə bağlıdır. Bu, həm də Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə bağlıdır”.

Putinin mətbuat katibi qeyd edib ki, Rusiya bu məqamların aydınlaşdırılmasını və nizamlanmada öz maraqlarını müdafiə etməyi zəruri hesab edir.

Xatırladaq ki, Tramp ilk prezidentlik dövrü 2016–2020-ci illəri əhatə edib. Ukraynanın Krım, Donetsk və Luqansk isə 2014-cü ildən işğal olunub. Lakin Trampın ilk prezidentlik dövründə Ukrayna ərazilərinin Rusiya işğalından azad olunması üçün heç bir əməli addım atılmayıb. 

Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski Oval kabinetdə qalmaqallı görüşü zamanı bunu Trampın üzünə söyləmişdi.
 
Xatirə SADİQ